Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Şəhər Heydər Əliyev adına parkda yeni inşa edilmiş Gənclər Mərkəzi, Uşaq Əyləncə Mərkəzi və Yay kinoteatrının açılış mərasimləri keçirildi.

27 dekabr 2013 | 16:00

26 dekabr 2013-cü il tarixdə Göygöl şəhər Heydər Əliyev adına parkda yeni inşa edilmiş Gənclər Mərkəzinin, Uşaq Əyləncə Mərkəzinin və Yay kinoteatrın açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Milli Məclisin Deputatı cənab Rövşən Rzayev Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdilər.
Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tədbirdə çıxış edərək qonaqları salamladı və qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, çevik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Dünya iqtisadiyyatına böyük sürətlə inteqrasiya edərək güclü və qüdrətli dövlətə çevrilmişdir. Son 10 ildə ölkəmizin siması kökündən dəyişmiş, dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi sürətli inkişafa Azərbaycan nail olmuşdur. Respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da bütün sahələrdə müsbət dəyişiklər baş verir. Göygölün hər yerində, bütün yaşayış sahələrində tikinti-quruculuq işləri aparılır, yeni iş yerləri açılır, əhalinin sosial problemləri öz həllini tapır. Rayonumuz günü-gündən gözəlləşir, böyüyür, abadlaşır. Bu gün açılışına toplaşdığımız Göygöl şəhər Heydər Əliyev adına parkda müasir memarlıq üslubunda inşa edilmiş, bütün tələblərə cavab verən Gənclər Mərkəzi, Uşaq Əyləncə Mərkəzi və Yay kinoteatrı görülmüş işlərin bariz nümunəsidir.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Azad Rəhimov və  Milli Məclisin Deputatı cənab Rövşən Rzayev tədbirdə çıxış edərək qeyd etdilər ki, ölkə rəhbəri cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Respublikamızı daim xoşbəxt gələcəyə aparır, bölgələrimiz günü-gündən çiçəklənir və inkişaf edir.
Tədbirin sonunda açılış rəmzi olan qırmızı lent kəsildi və obyektlərə baxış keçirildi.

Keçidlər