Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il ən azı 9 minə yaxın ailə dövlət tərəfindən mənzillərlə təmin ediləcək

11 avqust 2020 | 16:00

Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcək.
Prezident İlham Əliyev bunu ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bildirib.
“Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident qeyd edib ki, bütün bunlar reallıqdır və bu reallığı biz heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən yaradırıq. Bu gün dünya ölkələrinin mütləq əksəriyyətinin maliyyə yardımı üçün müraciət etməsinə baxmayaraq, biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik.

Keçidlər