Şriftin ölçüsü :

Saytın rəngi :

"Göygöl şərab zavodu" ASC-nın alkoqolsuz içkilər istehsal sahəsinin açılış mərasimi keçirildi

27 dekabr 2013 | 16:00

26 dekabr 2013-cü il tarixdə "Göygöl şərab zavodu" ASC-nın alkoqolsuz  içkilər istehsal sahəsinin açılış mərasimi keçirildi. Tədbirdə Milli Məclisin Deputatı cənab Rövşən Rzayev, Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdilər.
"Göygöl şərab zavodu" ASC-nın idarə heyətinin sədri Ceyhun İsmayılov tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı və Göygöl şərab zavodunun tarixindən və bugünkü fəaliyyətindən geniş məlumat verərək bildirdi ki, 4 mart 2008-ci il tarixdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müəssisənin açılış mərasimində iştirak edərək, görülmüş işlərə yüksək qiymət vermiş, müəssisənin daha yaxşı işləməyə ruhlandırmışdır. Son illər müəssisədə 700 iş yeri açılmışdır ki, bunun da 550-si daimidir. İşçilərin rifahının yüksəldilməsi, sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Açılışla bağlı tədbir iştirakçılarını təbrik edərək Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov qeyd etdi ki, Respublikada özəl bölmənin inkişafı üçün yaradılmış çox əlverişli şərait düşünülmüş dövlət siyasətidir. Bu həm iqtisadi inkişaf, həm də sosial təminat deməkdir. Eyni zamanda, işsizliklə, yoxsulluqla mübarizədir, iqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin gücləndirilməsidir. Sahibkarlar yaradılmış imkandan səmərəli istifadə etməklə bu vəzifəni layiqincə yerinə yetirməyə çalışmalıdırlar. 
Tədbirin sonunda açılış rəmzi olan qırmızı lent kəsildi və alkoqolsuz  içkilər istehsal sahəsi işə salındı.

Keçidlər