Göygöl RİH-də icra nümayəndələri ilə növbəti videgörüş keçirildi.
Xüsusi karantin rejimində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı nümayəndəliklərdə mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev inzibati ərazi dairələri üzrə nümayəndələrlə növbəti videogörüş keçirib.
Videogörüş vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün Qərar və tapşırıqlarına qeyd-şərtsiz əməl olunması, əhali arasında geniş maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib və vətəndaşları maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmaları tövsiyə olunub.