Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” adlı onlayn təlim keçirilib

23 iyul 2020 | 16:00

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində “Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” adlı Göygöl, Samux rayon və Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavinləri və əməkdaşları, bələdiyyə sədrləri və icra nümayəndələrinin birgə iştirakı ilə onlayn təlim keçirilib.  Təlimdə həmçinin   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və böyük məsləhətçisi  Sevinc Məmmədova, BDU Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi Nigar Səfərova iştirak etdilər.
Təlim çərçivəsində gender məsələlərinin təhlili, yerli hakimiyyət orqanlarının fəaliyyət planlarında gender bərabərliyinin daxil edilməsinin “SWOT” təhlili, yanaşma və strategiyası, gender həssas göstəricilər və s. mövzular haqqında ətraflı məlumatlar verilib, müzakirələr aparılıb. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, görülən işlər haqqında ətraflı məlumat verilib. 

 

Keçidlər