Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü Göygöl rayonunda qeyd edildi

16 noyabr 2013 | 16:00

Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının akt zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, Şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya veteranları, fəal gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri Turani Əliyev açaraq partiyanın yaranma tarixindən məlumat verdi və qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin dühasının ərsəyə gətirdiyi, əsası 1992-ci ilin noyabrın 21-də  Naxçıvan şəhərində qoyulmuş, Azərbaycan dövlətinin və cəmiyyətinin siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə tarixi və obyektiv zərurətdən yaranmışdır. Tədbirdə çıxış edən digər natiqlər də Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və dövlətimizin siyasi həyatındakı mühüm rolundan geniş məlumat verdilər.
Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov çıxış edərək bütün tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibəti ilə təbrik etdi və qeyd etdi ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatına Heydər Əliyev partiyası kimi daxil olub və yarandığı ilk gündən dövlət müstəqilliyinin möhkəmləndirilməsini, irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsini təmin edir.  
Tədbirin sonunda  Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibəti ilə  partiya fəalları fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular. Partiya sıralarına yeni daxil olmuş bir qrup gəncə üzvlük biletləri təqdim olundu.

Keçidlər