Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmən hücumunun qarşısı alınarkən hərbi qulluqçularımız şəhid olub. ALLAH RƏHMƏT ELƏSİN!

14 iyul 2020 | 16:00

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Göygöl Rayon İcra Hakimiyyəti rəhbərliyi, RİH kollektivi və bütün Göygöllülər adından şəhid olan qəhrəman balalarımızın ailələrinə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!

Keçidlər