Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar Forumun iştirakçıları Göygöl rayonuna ekskursiya etdilər

04 noyabr 2013 | 16:00

  Bakı şəhərində keçirilən Üçüncü Beynəlxalq Humanitar Forumunun iştirakçıları Göygöl rayonuna ekskursiya etdilər. Qonaqlar Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tərəfindən səmimi qarşılandılar, onlara Göygöl rayonunun tarixi və bu günü haqqında geniş və ətraflı məlumat verildi. 
      Ekskursiyanın proqramı çərçivəsində qonaqlar  Göygöl rayonunun almanlar tərəfindən inşa edilmiş yaşayış evləri, hal-hazırda Tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən “Lüteran” alman kilsəsi və Göygöl şərab zavodu ilə tanış oldular. Qonaqlar bu görüşdən məmnun qaldıqlarını bildirərək, rayondan xoş təəssüratla ayrıldılar.

Keçidlər