“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda videokonfrans keçirilib
01 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Videokonfrans keçirilib. videokonfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək praktiki tövsiyələr” adlı bələdçinin təqdimatı həyata keçirildi. Videokonfranda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Deputatları Hicra Hüseynova, Səyavuş Novruzov və digər şəxslər çıxış etdilər. Online keçirilən konfransa Göygöl rayonundan İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova və Əlimədədli bələdiyyəsinin sədri Afət Məmmədova qoşulmuşlar.