Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon İcra Hakimiyyətinin Başçısı ali məktəbə yüksək balla qəbul olmuş tələbələrlə görüş keçirdi

29 avqust 2013 | 15:00

28 avqust 2013-cü il tarixdə Göygöl rayon İcra Hakimiyyətində 2012-2013 – cü tədris ilində Göygöl rayonu üzrə ali  məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə Göygöl rayon İcra Hakimiyyəti Başçısı cənab Arif Akif oğlu  Seyidovun görüşü keçirildi. Görüşdə rayon Təhsil şöbəsinin işçiləri, məktəb rəhbərləri, tələbələr, valideynlər və KİV nümayəndələri iştirak etdilər.
Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tədbiri açaraq Göygöl rayonu üzrə ali  məktəblərə qəbul olmuş tələbələri, onların valideynlərini və müəllimləri təbrik edərək qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Respublikamızı daim xoşbəxt gələcəyə aparır. Respublikaya rəhbərlik etdiyiniz  10 il ərzində Ölkəmizin siması kökündən dəyişmiş, dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi sürətli inkişafa Azərbaycan nail olmuşdur. Azərbaycan bu gün sabitlik və tərəqqi məkanı olmaqla bütün dünyada demokratik, hüquqi, dünyavi bir dövlət kimi tanınır və inkişaf edir.
Respublikamızın bütün bölgələrində olduğu kimi, bizim Göygöl rayonunda da geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılır,  eyni zamanda Təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.
Son dövrlərdə   rayonumuzda 17 məktəb binası, 5 məktəbdə 26 əlavə sinif otağı, 1 uşaq bağçası tikilmiş, 19 məktəb binası və 4 uşaq bağçası  əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Rayonun bütün ümumtəhsil məktəbləri müasir inventar və  avadanlıqlarla təmin olunmuşdur. Məktəblərin informasiya və kommunikasiya texnologiyaları  ilə  təmin etmək məqsədi ilə bütün məktəblərə kompüter dəstləri paylanmışdır. 
Bunun nəticəsidir ki, təhsilin səviyyəsi rayonumuzda artır, ali məktəbə qəbulun nəticəsi ilbəil yüksəlir.
Görüşdə iştirak edən təhsil işçiləri, tələbələr və valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda rayon İcra Başçısı cənab Arif Seyidov tərəfindən tələbələrə hədiyyələr təqdim olundu.

Keçidlər