Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

17 iyun 2020 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Cənab prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Ölkədə tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğı göstərilməsində və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Bu gün səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramları uğurla icra olunur. Eyni zamanda ölkədə həkimlərin müxtəlif ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrinin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsilə həyata keçirilir.
Bugünkü durumda koronovirusla mübarizədə həkimlərin fədakarlıq göstərməsi bu peşə sahiblərinin nə qədər müqəddəs bir fəaliyyətlə məşğul olmasını bir daha önə çəkdi. Koronovirusla mübarizəyə cəlb olunmuş həkimlərin məvaciblərinin artırılması ilə bağlı dövlət başcisi Sərəncamı imzaladi. Həkimlər insan sağlamlığı, insanın yaşaması uğrunda öz həyatlarını təhlükəyə qoyurlar. Həkimlər ən xoş sözlərə, ən böyük təşəkkürlərə layiqdirlər.
Əziz həkimlərimiz, peşə bayramnız mübarək.

Keçidlər