Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsi şəhidi kapitan Cəbrayılov Elnur Tofiq oğlunun doğum günü ilə bağlı tədbir keçirilib.

26 aprel 2022 | 10:41

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi kapitan Cəbrayılov Elnur Tofiq oğlunun doğum günü Göygöl Rayon Şəhidlər Xiyabanındakı məzarı başında qeyd edilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.

          Mərasimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, məktəb direktorları, Vətən Müharibəsi qaziləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

          Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Keçidlər