Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin doğum günü mərasimi keçirilib

06 iyun 2022 | 17:51

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi Həsənli Elçin Qəşəm oğlunun doğum günü Göygöl rayonunun Qırıqlı kəndindəki Şəhidlər  Xiyabanındakı məzarı başında qeyd edilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.

          Mərasimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin üzvləri,  məktəb direktorları, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Bildirilib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız  sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına  torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Şəhidin atası Qəşəm Həsənli göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra isə Şəhidin təhsil aldığı Qırıqlı kənd  tam orta məktəbin şagirdləri şəhidin əziz xatirəsinə şeirlər səsləndiriblər.

 Xatırladaq ki, Şəhid Həsənli Elçin Qəşəm oğlu 6 iyun 1998-ci Göygöl rayon Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Göygöl rayon Qırıqlı kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Həsənli Elçin 30 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər