Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtərəm Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında iştirak ediblər

11 iyun 2020 | 16:00

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində modul tipli xəstəxana kompleksləridir. COVİD-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edən bu modul tipli xəstəxanaların quraşdırılması ölkənin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyatı yaranır.
Ölkə rəhbəri açılış zamanı çıxısında qeyd etmişdir ki, birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub, bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər, vətəndaşlarımızı bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram.
Qabaqlayıcı bütün tədbirlər görülüb, 20-dən çox laboratoriyalar alınıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.
Ölkə rəhbərinin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Pandemoyaya qarşı mübarizədə 10 xəstəxana tikilməlidir, bunların 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək.
Dövlətimiz karantində qalan vətəndaşlarımız üçün  hər cür şərait yaradılır,  bütün imkanlardan maksimum istifadə edir, onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir.
        Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün  xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə.
Pandemiya ilə mübarizədə həkimlər ön xəttədir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar. Onlar öz həyatlarını risk altına ataraq gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır.  Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir və tibbi personal dövlətin qayğısını hiss edir. 
Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan  istifadə edilib. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başlayıb, dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur.
Bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib.

Keçidlər