Göygöl RİH-də icra nümayəndələri ilə növbəti videomüşavirə keçirilib.
05 iyun 2020 | 16:00
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev inzibati ərazi dairələri üzrə nümayəndələrlə növbəti videomüşavirə keçirib.
Videomüşavirə vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərarlarına riayət olunması və yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib, vətəndaşları maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmaları tövsiyə olunub.