Rayonun Toğanalı kəndinə qaz xətti çəkilir.
03 iyun 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 mart 2020-ci il tarixli 1870 nömrəli Sərəncamının icrası ilə bağlı Göygöl rayonu Toğanalı kəndinin qazlaşmasına başlanmışdır. Bu günə kimi müxtəlif diametrli 14000 p/m. daşıyıcı və paylayıcı kənd daxili qaz xətləri çəkilmiş və işlər davam etdirilir. Yaxın vaxtlarda 380 abonent mavi yanacaqla təmin edilməsi nəzərdə tutulur.