Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “15 İyun – Milli Qurtuluş Günü” münasibəti ilə rayon tədbiri keçirilmişdir

16 iyun 2013 | 15:00

“15 İyun – Milli Qurtuluş Günü”nün 20-ci ildönümü münasibəti ilə Göygöl rayon Mədəniyyət evində rayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, Milli Məclisin Deputatı cənab Rövşən Rzayev,  rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri,  rayon ağsaqqalları və ziyalılar, kütləvi informasiya vasitələri iştirak etmişdilər.
        Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilərək abidəsi önünə gül dəstələri qoyulmuşdur. 
        Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov tədbiri açaraq, “15 İyun – Milli Qurtuluş Günü”nün 20-ci ildönümü münasibəti ilə Göygöl rayon ictimaiyyətini təbrik edərək qeyd etdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daima xalqına arxalanan və xalqa arxa olan bir insandır – Ümummilli liderimiz Heydər Əliyev. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki,  Heydər Əliyev tək bugünkü Azərbaycanın yox, sabah ki   Azərbaycanın  da  memarıdır. Bu gün Heydər Əliyev siyasi məktəbinin İlham Əliyev kimi layiqli yetirməsi var. Respublikamızın Prezidenti cənab İlham Əliyevə siyasətçi, iqtisadçı, diplomat və təşkilatçı olaraq böyük rəğbət bəsləyən Azərbaycan xalqı Azərbaycan dövlətinin bu gün olduğu kimi, sabah da möhkəm əllərdə olacağına əmindir.
       Milli Məclisin Deputatı cənab Rövşən Rzayev tədbirdə öz çıxışında bildirdi ki, 1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ağır günlərindən birini  yaşayırdı.  Belə ağır bir vəziyyətdə xalqın çağırışı ilə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev Bakıya qayıdaraq Azərbaycana rəhbərliyi, əslində isə xilaskarlıq missiyasını öz üzərinə götürdü, xalqımızı və dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Ümummilli liderimizin  həyata  keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi. Heydər Əliyevin misilsiz siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, möhkəm qətiyyəti, polad iradəsi və uzaqgörənliyi sayəsində xalqımızın ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək problemlər tezliklə həll olundu. 
     Tədbir Göygöl rayon Mədəniyyət evinin təşkil etdiyi konsert proqramı ilə davam etdirildi. Konsert proqramı başa çatdıqdan sonra “15 İyun – Milli Qurtuluş Günü”nün 20-ci ildönümü münasibəti ilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hədiyyəsi olaraq Göygöl rayonundan 5 nəfər Böyük Vətən Müharibəsi I qrup əlilinə “NAZ Lifan 320 elit” markalı avtomobillərin açarları təqdim olunmuşdur.

Keçidlər