Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon sakinləri cənab Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları göndərmişlər.

15 may 2020 | 16:00

Hörmətli cənab Prezident.
Böyük bir yükü çiyinlərinizə götürərək xalqımızı koronavirus bəlasından qoruduğunuz üçün Sizə ailəmiz adından öz təşəkkürümüzü bildirirəm.
Dünyanın güclü hesab edilən dövlətləri bu xəstəlik qarşısında aciz qaldığı halda, Azərbaycan dövlətinin belə dözümlülük göstərməsi çox mətləblərdən xəbər verir. Bütün bunlar xalqımızın öz Liderini seçərkən çox düzgün seçim etdiyini göstərir. Öz müdrik qərarlarınızla, səmərəli işlərinizlə Azərbaycan vətəndaşının üzünü güldürdüyünüz üçün çox sağ olun.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Kərimov İqbal Cavanşir oğlu
Azərbaycan Respublikası, Göygöl rayonu, Göyçəkənd kəndi.

Hörmətli cənab Prezident.
Mənim 57 yaşım var. Kəlbəcər rayonu, 55 saylı məktəbdə psixoloq işləyirəm. Bir müəllim, ziyalı olaraq hazırda dünyaya meydan oxuyan bəla ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Bu koronavirus adlanan bəla insanların qəniminə çevrilməklə yanaşı, bir sıra diqqət edilməli məqamları da üzə çıxarmış oldu. İlk növbədə, kimin nəyə qadir olduğunu, gözlənilməz hadisələr zamanı nə edə biləcəyini göstərdi. Biz dövlət və xalq olaraq təhlükəyə qarşı layiqli mübarizə aparanlar sırasındayıq. Koronavirusa qarşı mübarizənin təməli, əsası yaxşı qoyulmasaydı, yəqin ki, indi itkilərimiz daha çox olardı. Biz vətəndaşlar bunu yüksək qiymətləndiririk, dəyərləndirməyən bəzi ünsürləri isə lənətləyirik. Sizin və Mehriban xanımın gərgin işinizin nəticəsidir ki, xalqımız bu bəlanın qarşısında mətin dayanıb.
Məcburi köçkünlük dövründə çox ağır günlər keçirmişəm. Gün o gün olsun, öz dədə-baba torpaqlarımızda şən, firavan həyat sürək.
Hörmətlə,
Şahüseynov Qəzənfər Hüseyn oğlu.
Azərbaycan Respublikası, Göygöl rayonu, Qızılca kəndi.

Hörmətli cənab Prezident.
Sizin ölkəmizdə apardığınız ardıcıl, səmərəli və uzaqgörən siyasətinizin mühüm tərkib hissəsi xalqımızın sosial rifahının yaxşılaşdırılması, xüsusən də əhalinin həssas qrupundan olan insanların sosial müdafiəsinin təmin edilməsidir.
Son dövrlərdə dünya ölkələrini bürümüş COVID-19 pandemiyasının yaratdığı ciddi təhlükə Azərbaycan üçün də böyük təhdidə çevrildi. Bu istiqamətdə vaxtında verdiyiniz çevik, düzgün, ardıcıl qərarlar və atdığınız addımlar xalqımızı bu təhlükədən qorumağa hədəflənib.
Siz Azərbaycan xalqının müdafiəçisi kimi təhlükənin miqyasını azaltmaq, əhali arasında maarifləndirmə işi aparmaq, pandemiyadan əziyyət çəkən vətəndaşlarımıza zəruri kömək və dəstək vermək işini əzmlə və inamla davam etdirirsiniz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin kollektivi hər zaman Sizin yürütdüyünüz siyasəti və gördüyünüz işlər dəstəkləyir, pandemiyaya qarşı mübarizə işində öz üzərinə düşən öhdəliyi dərk edir və məsuliyyətini anlayır. Sizin bütün tapşırıq və göstərişlərinizi vaxtında, operativ şəkildə və yüksək keyfiyyətlə icra etməyə çalışırıq.
Sizin kimi rəhbərimiz olduğu üçün qürur duyur və hər zaman layiqli əsgəriniz kimi fəaliyyət göstərməyə hazır olduğumuzu bildiririk.
Cənab Prezident, xalqımızın qarşılaşdığı bu təhlükənin aradan qaldırılması işində Sizə səbir, dözüm və möhkəm cansağlığı arzu edirik.
Hörmətlə,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin kollektivi.
Azərbaycan Respublikası, Göygöl rayonu.

Möhtərəm cənab Prezident.
Bu gün bütün dünyanın qarşısında aciz qaldığı COVID-19 virusu ilə mübarizədə uzaqgörən siyasətiniz, dərin zəkanız sayəsində qəbul etdiyiniz qərarların, qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkədə insanların sağlamlığı yüksək səviyyədə qorunur. Eyni zamanda, həmişə olduğu kimi, bu çətin dönəmdə də insanların rifahının yaxşılaşması üçün atdığınız humanist addımlar alqışla qarşılanır. Memarı ulu öndər Heydər Əliyev olan və Sizin sayənizdə gündən-günə gözəlləşən Azərbaycanımızın bu gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusla mübarizədə bütün dünyaya nümunə göstərilməsi məni çox qürurlandırır.
Göstərdiyiniz qayğıya, diqqətə dəyər verən həmvətənlərimizə qoşularaq Azərbaycan xalqının sağlamlığını və gələcəyini düşünərək atdığınız bütün addımlarınızı ailəliklə alqışlayır və Sizə dərin təşəkkürümüzü bildiririk. Əminik ki, biz Sizin sayənizdə tezliklə bu virus üzərində qələbə qazanacağıq. Allah Sizi qorusun.
Hörmətlə,
Məmmədov Arzu Slavik oğlu.
Azərbaycan Respublikası, Göygöl şəhəri.

Möhtərəm cənab Prezident.

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri Azərbaycan hüquqi, dünyəvi və müstəqil ölkə kimi daim inkişaf edir, beynəlxalq aləmdə özünəməxsus yer tutur. Apardığınız uğurlu daxili və xarici siyasət Azərbaycanın Avropa və dünya strukturlarına inteqrasiyası, xalqımızın maddi və mənəvi inkişafının təmin olunması məqsədi daşıyır.
Son zamanlar bütün dünyanı zəbt etmiş COVID-19 pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Əminik ki, Sizin rəhbərliyinizlə bu bəladan da şərəflə və üzüağ çıxacağıq.
Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir.
Cənab Prezident, karantin vəziyyəti ilə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim hər birimizin sağlamlığının qorunması üçün atılmış addımlardır.
“Evdə qal!” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri Sizin birbaşa göstərişinizə uyğun olaraq bu çətin günlərdə maddi və mənəvi cəhətdən korluq çəkmədi.
Biz – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin sosial xidmət işçiləri də həmişə Sizin tapşırıqlarınızı icra etməyə hazırıq. Bu şərəfli işinizdə həmişə Sizinləyik. Bizlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.
Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər.
Yaşı 65-dən yuxarı olan tənha və ahıl insanlara xidmət göstərən könüllülər adından hörmətlə,
Hüseynova Aynur
Əliyeva Məsmə
Ələsgərova Səidə.
Azərbaycan Respublikası, Göygöl rayonu.


Möhtərəm cənab Prezident.
Bir azərbaycanlı ailəsi olaraq dünyanın, o cümlədən ölkəmizin koronavirusla mübarizə apardığı bir dövrdə Sizə təşəkkürümüzü bildiririk. Ona görə ki, ailəmizdə və yaxınlarımız arasında müəllim, həkim, təqaüdçü, tələbə, fərdi sahibkar var və Sizin hər bir təbəqədən olan insanların qayğısına necə qaldığınızın əyani şahidiyik.
Koronavirusa görə başqa ölkələrə göstərdiyiniz maddi və mənəvi yardımları çox yüksək qiymətləndiririk. Xaricdə işləyən azərbaycanlı həkimlərin məhz öz vətəndaşlarımızın sağlamlığının keşiyində durması məqsədilə ölkəmizə gətirilməsi xalqımızın hər bir nümayəndəsinə daha da həmrəy olmağı öyrədir və insanların rifahının, sağlamlığının Sizin üçün necə dəyərli olmasının əyani təzahürüdür.
Ölkəmizdə karantin rejiminin tətbiqinin övladlarımızın təhsilinə heç bir məhdudiyyət yaratmaması biz valideynləri çox sevindirir. Çətin anlarda belə Sizin böyük ruh yüksəkliyi ilə etdiyiniz çıxışlar bizi qürurlandırır. Bir sözlə, biz göygöllülər, o cümlədən rayonumuzun Balçılı kəndinin sakinləri və ailəmiz adından böyük fəxr, qürur hissi duyaraq deyirik: "Nə yaxşı ki, ölkəmizin rəhbəri məhz Sizsiniz".
Sizin sərəncamlarınız və göstərişləriniz rayonumuzda da yüksək səviyyədə icra olunur. Ölkəmizdə Ulu Öndərin vəsiyyətləri, Sizin rəhbərliyiniz, Mehriban xanımın xalqımıza, körpələrimizə göstərdiyi ana nəvazişi daim var olsun.
Biz inanırıq ki, bu çətin günlərin öhdəsindən həmrəy olaraq birlikdə gələcəyik.
Biz birlikdə güclüyük, biz Sizinlə güclüyük.
Hörmətlə,
Məmmədov Ruslan Fərrux oğlu.
Bayramova Günel Gəray qızı.
Azərbaycan Respubllikası, Göygöl rayonu.

Möhtərəm cənab Prezident.
Bizlərə göstərdiyiniz qayğıya, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində görülən tədbirlərə görə Göygöl rayonunda yaşayan bütün sahibkarlar adından Sizə təşəkkürümüzü bildiririk. Göygöl rayonunun sahibkarları Sizi daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcəklər.
Hörmətli cənab Prezident, dünyada qlobal problemə çevrilmiş pandemiya ilə əlaqədar xalqımızın sağlamlığının qorunması üçün vaxtında verdiyiniz düzgün qərarlar, uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində ölkəmiz bu bəladan az itkilərlə qurtulmaqdadır. Bu addımların nəticəsi olaraq virusun ölkəmizdə yayılmasının qarşısı alındı. Həmçinin dövlət tərəfindən əhaliyə, o cümlədən biz sahibkarlara bir sıra güzəştlər edilir, maddi dəstək göstərilir. Həmişə olduğu kimi, indiki çətin məqamda da insanların həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqət mərkəzində saxlanılır.
Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Mustafayev Maksim İslam oğlu.
Azərbaycan Respublikası, Göygöl rayonu.

Hörmətli cənab Prezident.
Mən indiyədək sadə vətəndaş, adı bir tibb bacısı idim. Ancaq indi ən dəhşətli müharibənin ən qaynar mövqeyində gözəgörünməz düşmənlə döyüşən cəsur bir əsgər olmuşam. Gecə yarısı 39-40 dərəcə istilik və dəhşətli ağrılarla bizə müraciət edən xəstələrə yardım edərkən heç bir virusdan qorxmuruq, çünki biz çox cəsur, çox nizamlı bir Liderin əsgərləriyik.
Cənab Prezident, Sizin tövsiyyələrinizə əsasən, tanıdığım bütün insanlara əsas olaraq təlaşa düşməmələrini xatırladır və mütləq bu xəstəliyə qalib gələcəklərini bildirib, nikbin olmalarını söyləyirəm.
Onu da vurğulamaq istəyirəm ki, bizim səhiyyəmiz həkimsiz, dövlətimiz isə Lidersiz deyil. Ona görə də, biz və xalqımız əminik ki, bu döyüşdən üzüağ, alnıaçıq çıxıb qalib olacağıq.
Möhtərəm Prezident, tibb işçilərini alqışladığınız üçün Sizə bir daha təşəkkür edirəm.
Hörmətlə,
Əliyeva Bəsdi Qələndər qızı.
Azərbaycan Respublikası, Göygöl rayonu.

Möhtərəm Prezidentimiz.
Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Dövlətin bütün imkanları insanlarımızı bu bəladan qorumağa və eyni zamanda, bu xəstəlik nəticəsində yarana biləcək sosial problemlərin həllinə yönəlib.
Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətində birdəfəlik ödənişin edilməsi, bu mübarizənin önündə gedən tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərinin açılması bir daha Sizin xalqımıza olan sevginizin göstəricisidir. Sizin bu həssas anlarda həyata keçirdiyiniz genişmiqyaslı tədbirlər insanlarımız tərəfindən yüksək qiymətləndirilir.
Xalqımıza göstərdiyiniz bu cür diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.
Hörmətlə,
Əsgərov Semur Əzim oğlu.
Azərbaycan Respublikası, Göygöl rayonu.


Hörmətli cənab Prezident.
Son zamanlar bütün dünyanı zəbt etmiş koronavirus pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu.
Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin televiziya kanallarında izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir.
Cənab Prezident, məlum vəziyyətlə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim sağlamlığımızın qorunması üçün atılmış addımlardır. “Evdə qal” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri heç nədən korluq çəkmədi. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik.
Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər.
Hörmətlə,
Quliyeva Dünya
Verdiyeva Almaz
Şərifova Sədaqət
Cəfərova Mirux
Məmmədova Zərəngiz.
Azərbaycan Respublikası, Göygöl rayonu.

Keçidlər