Şriftin ölçüsü :

Saytın rəngi :

3D Qrafika Animasiyalı Coğrafiya“ layihəsinin bağlanış mərasimi baş tutub

20 fevral 2024 | 15:22
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan "3D Qrafika Animasiyalı Coğrafiya" layihəsinin bağlanış mərasimi keçirilib. Göygöl rayon Gənclər Evində keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova və digər rəsmi qonaqlar, müəllimlər, gənclər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keşkü kənd tam orta məktəbin direktoru, layihə rəhbəri Eldəniz Səttarov çıxış edərək görülmüş işlər, əldə olunmuş nəticələr və Gəncə STEAM Mərkəzinə edilən səfər haqqında ətraflı məlumat verib.
Tədbirin bədii hissəsində Keşkü kənd tam orta məktəbin ərsəyə gətirdiyi qısa metrajlı filmin təqdimatı keçirilib.
Sonda layihədə iştirak edən şagirdlər sertifikatlarla, layihədə dəstəyi olan komanda isə təşəkkürnamələrlə təltif edilib.
Qeyd edək ki, layihənin məqsədi şagirdlərə coğrafiya fənni üzrə animasiya proqramlarından istifadə etməyi öyrətməklə, texnoloji inkişafın son nailiyyətlərinə yiyələnmələrinə dəstək olmaqdır.
Keçidlər