Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl RİH-də icra nümayəndələri ilə növbəti videokonfrans keçirilib.

02 may 2020 | 16:00

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov inzibati ərazi dairələri üzrə  nümayəndələrlə növbəti  videokonfrans keçirib.
Videokonfrans  vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 01 may 2020-ci il tarixli Qərarına riayət olunması və  yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi  ilə bağlı tapşırıqlar verilib, vətəndaşları maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmaları tövsiyə olunub.
Heydər Əliyev Fondu və digər təşkilatlar tərəfindən göndərilmiş yardımların aztəminatlı ailələrə və imkansız şəxslərə çatdırılmasında hər hansı neqativ hallara yol verilməməsi barədə ciddi  tapşırıq verilib.

 

Keçidlər