Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində Göygöl rayonunun Yeni Zod kəndində silsilə tədbirlər həyata keçirilmişdir

11 may 2013 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində Göygöl rayon Yeni Zod kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin, kənd mədəniyyət evinin və kənd uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimləri keçirilmişdir. Tədbirdə çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov Yeni Zod kənd sakinlərini salamladı və Yeni Zod kənd sakinləri ilə 2013-cü ilin mart ayında keçirilmiş səyyar görüş-qəbulda kənd sakinləri tərəfindən qaldırılmış bu üç məsələ qısa bir müddətdə həll olunaraq, həmin obyektlər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində kənd sakinlərinin istifadəsinə verilir. Rayonun Yeni Zod kənd sakinləri görülmüş işlərə görə ölkə rəhbəri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər