Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası zamanı Göygöl rayonunda 385 ailəyə yardım paylanılıb

27 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir. “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində müraciətlər əsasında Göygöl rayonu üzrə 385 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

 

 

Keçidlər