Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya Göygöl rayon sakini minnətdarlıq məktubu göndərmişdir

24 aprel 2020 | 16:00

Hörmətli Mehriban xanım.
Sizin bütün dünyada yayılan bu gözə görünməyən, dəhşətli düşmənin qarşısının alınması üçün xalqa müraciətiniz məni çox sevindirdi. Ona görə ki, Siz bir ana, bir nənə kimi bizi qanunlara riayət etməyə, özümüzü, övladlarımızı, xalqımızı qorumağa çağırdınız. Sözünüzün sonunda isə özünüzü heç bir Azərbaycan xanımından fərqləndirmədən “sizin Mehriban” dediniz. Bir baba kimi sevinirəm ki, mənim xalqımın belə qeyrətli, qəhrəman qızı var. Allah Sizi qorusun. Yaradandan arzu edirəm ki, bu bəladan tezliklə qurtaraq, mən də Sizi təbrik edim.
Dərin hörmətlə,
85 yaşlı Əmək veteranı Haqverdiyev Azadxan
Azərbaycan Respublikası, Göygöl şəhəri.

Keçidlər