Karantin rejimi şəraitində Göygöl rayonunda 65 yaşdan yuxarı tənha sakinlərə evdə xidmət göstərilir.
07 aprel 2020 | 16:00
Ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq 65 yaşdan yuxarı insanlara evdən çıxmağın qadağan edildiyini nəzərə alaraq Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin əməkdaşları və rayon könüllüləri tərəfindən Göygöl rayonu üzrə tənha və kimsəsiz şəxslərlə hər gün mütəmadi olaraq əlaqə saxlanılır və onların gündəlik zəruri tələbatları ödənilir.