Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə geniş dezinfeksiya tədbirləri davam etdirilir.

02 aprel 2020 | 16:00

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Göygöl rayonunda qabaqlayıcı tədbirlər davam etdililir. Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Göygöl rayonunda  təxirəsalınmaz tədbirlər aparılır.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaradılan xüsusi qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun olaraq qurub.
Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, uşaq bağçalarında,  mədəniyyət obyektlərində, marşrut avtobuslarında və dayanacaqlarda, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, yaşayış binalarında, ticarət obyektlərində, dayanacaqlarda dezinfeksiya işləri aparılıb və bu proses gündəlik davam etdirilir.
Paralel olaraq, görülən tədbirlər çərçivəsində, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında mobil qruplar tərəfindən təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.

 

Keçidlər