Göygöl gəncləri “Evdəqalvirusayoluxma” layihəsini həyata keçirirlər.
01 aprel 2020 | 16:00
Göygöl rayon gəncləri sosial şəbəkələr üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli çağırışına dəstək və Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinin əhali arasında yayılmasına köməklik göstərmək məqsədi ilə “evdəqalvirusayoluxma” adlı aksiyaya başlayıb. Aksiyaya Göygöl rayon İcra Hakimiyyətinin könüllüləri də öz dəstəyini göstərir.