Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda polis əməkdaşları gücləndirilmiş iş rejimi ilə çalışır.

31 mart 2020 | 16:00

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Göygöl Rayon Polis şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimi ilə çalışır. Rayon ərazisində vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, yaşı 65-dən yuxarı olan şəxslər müəyyən edildikdə isə onlar evlərinə qədər müşayiət edilərək bir daha evdən çıxmamaları barədə xəbərdarlıq olunurlar. Həmçinin xidməti avtomobillərin vasitəsi ilə səsgücləndiricilərdən istifadə olunmaqla koronavirus pandemiyasından qorunmaq üçün sakinlərə evdən çıxmamaları tövsiyə edilir, hazırda bu istiqamətdə işlər davam etdirilir. 
Bundan əlavə rayonun giriş-çıxışlarında xüsusi nəzarət buraxılış məntəqələri yaradılmış, operativ Qərargah tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq nəqliyyatın hərəkatı məhdudlaşdırılmışdır. 
Görülən tədbirlər vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır.  

Keçidlər