Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbəsinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilmişdir.
10 may 2013 | 15:00
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbəsinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilmişdir. Tədbirdə Milli Təhlükəsizlik Nazirinin müavini general-mayor Elçin Əliyev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri və KİV nümayəndələri iştirak etmişdilər. Açılışdan sonra inzibati binaya baxış keçirilmişdir.