Göygöl rayonunda koronavirusa qarşı qabaqlayıcı tədbirlər davam etdirilir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Göygöl rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayon icra hakimiyyətində qərərgah yaradılmış, ərazi icra nümayəndəliklərində təşkil edilmiş könüllülər qrupları vasitəsi ilə əhali, xüsusilə yaşı 65-dən yuxarı olan vətəndaşlar arasında maarifləndirmə işləri aparılır. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayon ərazisində, küçə və səkilərdə, park və xiyabanlarda, yaşayış binalarının həyətləri və bloklarında, idarə və müəssisələrdə koronavirus əleyhinə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Rayonda dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.