Göygöl rayonunda Koronavirus (COVİD 19) infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiyaedici tədbirlər davam etdirilir.
25 mart 2020 | 16:00
Koronavirus (COVİD 19) epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Göygöl rayonu üzrə bütün ümumtəhsil müəssisələrində, uşaq bağçalarında, kitabxana, musiqi məktəbi, xəstəxana və digər idarələrdə, o cümlədən küçə və prospektlərdə xüsusi dərmanlar vasitəsi ilə dezinfeksiya işləri davam etdirilir.
Göygöl rayonunda dezinfeksiya işləri Göygöl Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən aparılır.