Şriftin ölçüsü :

Saytın rəngi :

Alman faşizmi üzərində qələbənin 68-ci ildönümü Göygöl rayonunda qeyd edilmişdir

10 may 2013 | 15:00

İkinci dünya müharibəsində qələbənin 68-ci ildönümü münasibəti ilə Göygöl rayon Mədəniyyət evində tədbir keçirilmişdir. Tədbirdə  Böyük Vətən Müharibəsi veteranları, arxa cəbhə əmək veteranları, ağsaqqallar və rayon ictimaiyyəti  iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov tədbiri giriş sözü ilə açaraq 9 may – Qələbə günü münasibəti ilə veteranları təbrik etmiş, Böyük Vətən Müharibəsi veteranlarına ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışdır.
Təbrik sözü ilə çıxış edən Göygöl rayon Veteranlar şurasının sədri Azadxan Haqverdiyev hazırda veteranlarımız tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində səmərəli iş aparıldığını qeyd etmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən kapitan Elşən Abbasov İkinci vətən müharibəsi illərində azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərdiklərini, qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olunduğunu,  1941-1945-ci illərdə 600 mindən çox azərbaycan oğlan və qızları cəbhəyə yollandırdıqlarını, 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 30 nəfəri Şərəf ordeni ilə təltif olunduğunu qeyd etdi.  İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Buniyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdıqlarını bildirdi.
Tədbir konsert proqramı ilə başa çatdı.

Keçidlər