Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması günü Göygöl rayonunda qeyd olunub

13 fevral 2020 | 16:00

13 fevral 2020-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin işçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin  başçısı Arif Seyidov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək onlara xoş arzularını çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik-leytenant Rüfət Məmmədov çıxış edərək  Ali Baş komandan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, bundan sonra da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin işlərinin günün tələbləri səviyyəsində quracaqlarını qeyd edib.
Tədbirin sonunda bir qrup şəxsə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin fəxri fərmanı, pul mükafatları və  xatirə hədiyyələri təqdim olunub.

 

Keçidlər