Göygöl rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb
Göygöl rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinin açılış mərasimi keçirilib. Tədbirdə Göygöl Rayon icra hakimiyyətinin, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmiləri və gənclər iştirak ediblər.
Nümayəndəlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılır və fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun qurulur. Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.