20 Yanvar faciəsinin 30-cu ildönümü Göygöl rayonunda qeyd olundu
20 yanvar 2020 | 16:00
20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə Göygöl rayonu Şəhidlər xiyabanında anım tədbiri keçirilib. Anım tədbirində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq mühafizə orqanların rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə əklil və gül dəstələri qoyulub. Anım tədbiri həzin musiqisi sədalarının müşayiəti ilə keçirilib.