Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Kitab bayramı” keçirilmişdir

08 may 2013 | 15:00

Göygöl rayon Mədəniyyət evinin qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Kitab bayramı” keçirilmişdir. Tədbiri Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə xanım İbrahimova  açaraq, tədbir iştirakçılarını salamladı Ulu öndərimizin xalqımıza və dövlətimizə göstərdiyi misilsiz xidmətlərindən geniş məlumat verdi. Sonra bayramda sərgilənmiş kitablara baxış keçirildi. Tədbir Göygöl rayon Mədəniyyət evinin təşkil etdiyi bayram konserti ilə başa çatdırıldı.

Keçidlər