Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri Göygöl rayonunda vətəndaşların müraciətlərini dinləyiblər

18 dekabr 2019 | 16:00

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 18-də Göygöl, rayon sakinləri ilə görüşüblər. Keçirilən görüşrdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib. Bəzi müraciətlər yerində həll edilib. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib.
     Görüşdə iştirak edən sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər

Keçidlər