Göygöl rayonunda “Ata, ana və mən – idman ailəsiyik” əyləncəli idman oyunları keçirilib
Göygöl rayon Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən tərtib edilmiş tədbirlər planına əsasən “Çempion” əyləncəli idman oyunları çərçivəsində “Ata, ana və mən – idman ailəsiyik” layihəsi həyata keçirilib. Tədbir “Gəncə şəhərinin 2019-cu ildə Avropa İdman Şəhəri” titulunun almasına həsr edilmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Olimpiya çempionu Fərid Mansurov iştirak edib. Layihədə Göygöl, Qazax, Tovuz, Yevlax, Goranboy və Bərdə rayon, Gəncə və Mingəçevir şəhər komandaları iştirak ediblər. Qalib komandalara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim olunub.