Göygöldə İctimai dinləmə keçirilmişdir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın iştirakı ilə Göygöl rayonunda “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrə” həsr olunmuş İctimai dinləmə keçirilmişdir. İctimai dinləmədə rayon İcra hakimiyyəti başçısı aparatı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Dairə seçki komissiyasının sədri və üzvləri, icra nümayəndələri və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri hökumət təşkilat nümayəndələri iştirak etmişdilər.
Göygöl rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov tədbiri giriş sözü ilə açaraq Elmira xanım Süleymanovanı salamladı bu ictimai dinləmənin əhəmiyyətini qeyd etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq bütün Respublikada olduğu kimi, Göygöl rayonunda da geniş quruculuq və abadlıq işlərinin aparıldığını, əhalinin vəziyyətinin yaxşılaşdığını, yeni iş yerlərinin yaradıldığını və bu sahədə işlərin davam etdirildiyini bildirdi.
Sonda Ombudsman Elmira xanım Süleymanova və İcra Başçısı Arif Seyidov şikayətçiləri qəbul edərək, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq tapşırıqlar verdilər.