Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

06 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 06 dekabr 2019-cu il tarixdə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Göygöl rayonunda 7 minə yaxın müxtəlif növ ağac əkilmişdir.  Ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayonun bütün idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin ictimaiyyətin nümayəndələri və gənclər iştirak etmişlər. Ümumilikdə aksiyada 1500-dən yuxarı  nəfər iştirak etmişdir.
     Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsi və insanların sağlam və ekoloji təmiz şəraitdə yaşaması olduğundan, Göygöl rayonu da bu aksiyadan kənarda qalmamışdır. Bu aksiya yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığının bərpasına, eləcə də cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verəcəkdir. Göygöl rayonunda ağacəkmə aksiyası bayram əhval ruhiyyəsi ilə həyata keçirilib.

Keçidlər