Şriftin ölçüsü :

Saytın rəngi :

5 dekabr – Beynəlxalq Könüllülər Günü Göygöl rayonunda qeyd olunub

04 dekabr 2019 | 16:00

“5 dekabr – Beynəlxalq Könüllülər Günü” münasibəti ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində Rayon könüllüləri ilə görüş keçirilib. Görüşdə Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatının, Təhsil şöbəsinin məsul işçiləri, fəal gənclər və könüllülər iştirak ediblər.
    Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda çoxsaylı sosial-innovativ və demokratik islahatlar, layihələr reallaşdırılır. Məhz, bu yöndə aparılan uğurlu islahatlardan biri də gənclər və könüllülük siyasətidir. Gənclər ölkəmizin ən aparıcı dövlət və özəl sektorlarında könüllülük fəaliyyətinə qoşularaq ixtisas, bilik və təcrübələrinə uyğun olaraq, iş yerləri ilə təmin edilirlər. Könüllülük milli dəyələrimizdən qaynaqlanan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biridir.
     Sonda Rayonda könüllülük fəaliyyətinin təşkil olunmasında səmərəli fəaliyyət göstərən şəxslər və fəal könüllülər Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və xatirə hədiyyələri ilə təltif olunublar. Sonra isə könüllərin Göygöl rayon Heydər Əliyev Mərkəzinə və Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.

Keçidlər