Göygöldə möhtəşəm bayram konserti və atəşfəşanlıq olmuşdur
Göygöl rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş möhtəşəm bayram konserti təşkil olunmuşdur. Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov konsertdən əvvəl çıxış edərək Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Göygöl rayon ictimaiyyətini təbrik edərək, Respublikamızın günü-gündən inkişafı və çiçəklənməsi naminə Göygöllülərə işlərində uğurlar diləmişdi. Sonra Respublikanın tanınmış müğənnilərinin iştirakı ilə hazırlanmış konsert proqramı nümayiş olundu. Tədbir atəşfəşanlıqla başa çatdı.