Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə İcra Hakimiyyətinin başçısı görüş keçirib.

29 avqust 2019 | 16:00

2018-2019–cu tədris ilində ali təhsil müəssisələrinə qəbul olmuş Göygöl rayon ümumtəhsil məktəblərin məzunları ilə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidovun görüşü keçirilib. Görüşdə rayon Təhsil şöbəsinin işçiləri, məktəb rəhbərləri, tələbələr, valideynlər, rayon ağsaqqalları və media nümayəndələri iştirak etdilər.
Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tədbirdə çıxış edərək Göygöl rayonu üzrə ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların valideyn və müəllimlərini təbrik edib,  onlara xoş arzularını çatdırdı və qeyd etdi ki, hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, müxtəlif proqramların icrası bu sahənin maddi-texniki bazasının müasirləşdirilməsinə geniş imkan açıb.
Görüşdə çıxış edən Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev son illər Təhsil sahəsində əldə olunan nailiyyətlərdən geniş və ətraflı məlumat verərək qeyd etdi ki, Möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş və məzunların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.  2018-2019-cu tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün sənədlərini təqdim edən 440 nəfəri məzundan 37 nəfəri orta ixtisas təhsil müəssisələrinə, 236 nəfər isə ali təhsil ocaqlarına qəbul olaraq tələbə adını qazanmışlar. Onlardan 42 nəfəri 500-dən, o cümlədən, 10 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
         Görüşdə iştirak edən təhsil işçiləri, tələbələr və valideynlər təhsilin inkişafına göstərilən geniş diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər