Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən tədbir keçirilib.
28 avqust 2019-cu il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və yerli Komissiya üzvləri iştirak ediblər. Gündəlikdə duran məsələ geniş müzakirə olunaraq, Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.