Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini vətəndaşları qəbul edib.

27 avqust 2019 | 16:00

27 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qəbuldan əvvəl Göygöl rayon Heydər Əliyev Mərkəzinin qarşısında  ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Göygöl və Samux sakinlərinin iştirak etdiyi qəbulda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qəbul zamanı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verilib, müraciətlərin bir qismi isə yerindəcə həll olunub.
Qəbullda iştirak edən vətəndaşlar müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək, göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər