Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov vətəndaşları qəbul edib.
23 avqust 2019-cu il tarixdə Gənclər və İdman naziri Azad Rəhimov Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Göygöl, Daşkəsən, Goranboy, Samux rayon, Gəncə və Naftalan şəhər sakinləri iştirak ediblər.
20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər sırasında idman qurğularının idman avadanlıqları ilə təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, gənclər evinin, Olimpiya İdman Kompleksinin və digər idman qurğularının tikintisi olub. Vətəndaşlar tərəfindən eyni zamanda, iş ilə təminat və şəxsi məsələlərlə də bağlı müraciətlər edilib.
Müraciətlərin bir qismi yerindəcə həll edilib, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Digər müraciətlər isə, baxılması üçün icraya yönəldilib.