Göygöl rayonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin kompleks tədbiri keçirilib.
07-09 avqust 2019-cu il tarixlərdə Göygöl rayonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda Göygöl Rayonunda mülki müdafiənin kompleks tədbiri keçirilib. Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini Məhəmməd Tağıyev və aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri iştirak ediblər. Kompleks tədbirdə nəzərdə tutulmuş təlimlərin hamısı uğurla həyata keçirilib.