Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

02 may 2013 | 15:00

YAP Göygöl rayon təşkilatının akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Azərbaycanın yüksəlişinə həsr olunmuş ömür” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə YAP Göygöl Rayon Təşkilatının sədri cənab Turani Əliyev açmış, Ulu Öndərin həyat və fəaliyyəti, xalqımıza göstərdiyi misilsiz xidmətləri barədə ətraflı məlumat vermişdir. Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş şəxslərə üzvlük vəsiqələri paylanılmışdır.

Keçidlər