“31 mart Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda dəyirmi masa keçirilib
29 mart 2023 | 13:29
Göygöl rayonunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlə davam edir. Göygöl Rayon İcra Hakimiyyəti və Ombudsman Qərb Regionunun birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “31 mart Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda dəyirmi masa keçirilib. Göygöl Gənclər evində keçirilən dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Ombudsman Qərb Regionunun rəhbəri Səbuhi Abbasov, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Göygöl Gənclər evi Sosial Xidmət Müəssisəsinin direktoru Şəhriyar İsmayılzadə, Göygöl Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Raul Abbaszadə və rayon gəncləri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və 31 mart Soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər qeyd ediblər ki, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “Böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.

Sonra 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “Tarixin izi ilə” sənədli filmi nümayiş olunub.