Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Abad məhəllə” istifadəyə verilib

20 iyun 2019 | 16:00

       “Abad məhəllə” layihəsi çərçivəsində Göygöl  bələdiyyəsi tərəfindən rayonun Qızılqaya qəsəbəsində aparılmış abadlıq quruculuq işlərindən sonra “15 İyun – Milli Qurtuluş Günü” ərəfəsində əhalinin istifadəsinə verilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin  başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qəsəbə sakinləri və  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
          Rayon İcra Hakimiyyətinin  başçısı Arif Seyidov çıxış edərək tədbir iştirakçılarını  “15 İyun – Milli Qurtuluş Günü” münasibəti ilə təbrik edib xoş arzularını bildirib. Ey zamanda qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki,  Heydər Əliyev tək bugünkü Azərbaycanın yox, sabah ki   Azərbaycanın  da  memarıdır. Bu gün Heydər Əliyev siyasi məktəbinin İlham Əliyev kimi layiqli yetirməsi var.
      Respublikamızın Prezidenti cənab İlham Əliyevə siyasətçi, iqtisadçı, diplomat və təşkilatçı olaraq böyük rəğbət bəsləyən Azərbaycan xalqı Azərbaycan dövlətinin bu gün olduğu kimi, sabah da möhkəm əllərdə olacağına əmindir.
Tədbirdə çıxış edən Göygöl bələdiyyəsinin sədri Mikayıl Hacıyev bildirib ki, “Abad məhəllə” layihəsi çərçivəsində Qızılqaya qəsəbəsində yerləşən 5 çoxmənzilli binanın dam örtükləri dəyişdirilmiş, həmin binaların fasad hissələri suvanaraq rənglənmiş, giriş qapıları və blok pəncərələri dəyişdirilmişdir.  Qəsəbənin ətrafında 700-dən çox şam ağacı, 2000-dən çox həmişə yaşıl kollar çoxlu sayda çiçək və güllər əkilmişdir. Həmin ərazilərin suvarılması üçün 3 km məsafədən borular vasitəsi ilə su çəkilmişdir.
Qəsəbənin ərazisində 2 km uzunluğunda səki daşları düzülmüş, 5 km əraziyə asfalt örtüyü salınmışdır.
Ərazidə 3 ədəd köşk quraşdırılmış, yelləncəklər və idman meydançaları təşkil olunmuşdur. Əhalinin ictimai iaşə tələbatını ödəmək məqsədi ilə “Qızılqaya” kafesi tikilərək istifadəsinə verilmişdir.
Qızılqaya sakinləri görülmüş işlərə görə ilk növbədə ölkə rəhbərinə və bu işdə əməyi olan bütün şəxslərə öz dərin minnətdarlıqlarını bildirdilər.  
Tədbir Göygöl rayon Mədəniyyət mərkəzinin konsert proqramı ilə davam etdirilib.

Keçidlər