Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülərlə görüş keçirilib

31 may 2019 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətində 2 ay müddətində  təcrübə keçmiş könüllülərlə Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov görüş keçirilib. Görüş zamanı İcra başçısı Arif Seyidov çıxış edərək qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Bu məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2019-cu il tarixli, 14 nömrəli  Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hüseynov Vüqar İsax oğlu könüllülərlə iş üzrə koordinator təyin edilmişdir. 01 aprel 2019-cu il tarixdən könüllük fəaliyyətinə cəlb edilmiş 5 nəfərlə müqavilə bağlanmış, onlar üçün müvafiq təcrübə şəraiti yaradılmışdır. Tədbirlər planı təsdiq edilmişdir. Göygöl rayon İcra Hakimiyyətində könüllük fəaliyyətinə başlanılması barədə Rayon İcra Hakimiyyətinin  rəsmi səhifəsində və digər sosial şəbəkələrdə elanın yayılması təmin olunmuşdur. 
Könüllülər çıxış edərək Göygöl Rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün  yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Sonda könüllülərə Sertifikatlar təqdim olunub.  

Keçidlər